Etirazçılar artıq Orbeliani meydanında yoxdur. Onlar bir müddət əvvəl ərazini tərk ediblər. Xüsusi təyinatlılar isə hələ ki, ərazidə qalır.
Bu barədə Gürcüstan mətbuatında bildirilir.
Qeyd edək ki, bu gün Orbeliani meydanında etirazçılarla çevik polis arasında vəziyyət bir neçə dəfə gərginləşib. Polis onlara qarşı gözyaşardıcı qazlardan və su şırnaqlarından istifadə edib.
Rustaveli prospektində keçirilən etiraz aksiyası başa çatıb və prospekt yenidən nəqliyyatın hərəkətinə açılıb.
Tbilisidə etiraz aksiyaları başa çatıb, etirazçılar Orbeliani meydanını tərk edib