Həcc və Ümrə ziyarətləri üçün vizalarla bağlı yenilik

Səudiyyə Ərəbistanı hökuməti Həcc və Ümrə ziyarəti etmək istəyən zəvvarlara verilən vizaların əhatə dairəsini genişləndirib.

Bundan sonra zəvvarlar bu ölkənin digər şəhərlərinə də səyahət edə biləcəklər.

Hökumət bu addımı turizmi inkişaf etdirmək məqsədilə atdığını açıqlayıb.

Həcc və Ümrə Nazirliyinin rəsmisi Əbdüləziz Vəzzan bildirib ki, 30 günlük verilən vizaların 15 günü Məkkə və Mədinə şəhərlərində qüvvədə olacaq. İstəyənlər digər 15 gündə başqa şəhərləri gəzə biləcəklər.

Vəzzan bu il Ümrə ziyarətinə 8,5 milyon zəvvarın gələcəyini gözlədiklərini söyləyib.

Qafqazinfo