Seyid Nəsrullahdan İsrailə: Hansı qırmızı xətti keçdiyinizi hələ bilmirsiniz!

Livan Hizbullah Hərəkatının baş katibi Seyid Həsən Nəsrullah şəhid Fuad Şükürün anım mərasimində çıxış edib.

 

 Şəhid Fuad Şükürün anım mərasimində Livan Hizbullah Hərəkatının baş katibi Seyid Həsən Nəsrullah çıxış edib.

HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyənin Tehranda öldürülməsinə reaksiya verən Nəsrullah deyib:

"İlk öncə HƏMAS və Qəssam Briqadasındakı qardaşlarımıza İsmayıl Haniyənin şəhadəti ilə bağlı başsağlığı verirəm. İslami Müqavimət Hərəkatının liderləri də hərəkatın digər üzvləri kimi şəhid olurlar. Biz həmişə HƏMAS-la həmrəyik və birlikdə yekun qələbəyə nail olacağıq."

Nəsrullah sionistlərə xitab edərək bildirib:

"Hansı qırmızı xətləri keçdiyinizi bilmirsiniz. Siz Tehranda Haniyəni qətlə yetirəcəyinizi və İranın susacağını düşünürsünüz? Bu millətin qəzəb və intiqamını gözləyəcəksiniz!".

Sionist İsrailin Beyrut hücumu ilə bağlı Nəsrullah deyib:

''Beyrutun Dahiye rayonunda mülki əhalinin yaşadığı binaya edilən hücumda 7 nəfər şəhid oldu. Bu hücumda şəhid olanlar arasında Fuad Şükür və İran vətəndaşı da var. Qadınlar və uşaqlar da daxil olmaqla onlarla yaralı var.

Beyrutun cənubundakı Dahiye bölgəsində baş verən hadisə sadəcə bir sui-qəsd deyil, dəhşətli bir hücum idi.

Bu hücumda mülki binalar hədəfə alınıb. Sionist düşmən bu hücumdan bir neçə gün əvvəl intiqamın olacağını iddia edirdi. Biz bunu qisas kimi qəbul etmirik.

Baş verənlər bizim regiona qarşı sionist-amerikan müharibəsinin bir hissəsidir. Sionist İsrail şəhidimizin (Fuad Şükür) Məqdel Şəms övladlarının qatili olduğunu iddia etməklə ən böyük yalanı danışır.

Məcdel Şəmsə hücumda məqsəd druzlarla Qolan şiələri arasında ixtilaf yaratmaqdır; “Biz Məcdəl Şəms hadisəsi ilə bağlı iddiaları qətiyyətlə rədd etdik və səhvə yol versək, məsuliyyəti öz üzərimizə götürməyə cəsarətimiz var”.

Hizbullah lideri Nəsrullah Fuad Şükürün öldürülməsinə mütləq cavab veriləcəyini ifadə edərək bildirib:

"Hansı qırmızı xətləri keçdiyinizi bilmirsiniz. Sizcə Tehranda Haniyəni öldürəcəksiniz və İran susacaq? Bu millətin qəzəbini, intiqamını gözləyəcəksən."

 

 

Az.rasthaber.com