Siyasi məhbus Seyfəddin Şirvanov infakt keçirib. Bu barədə ailəsi məlumat verib. Noyabrln 11-də ailəsi ilə telefon əlaqəsi saxlayan ilahiyyatçı özünü pis hiss etdiyini bildirib. Bununla bağlı o həbsxana tibb məntəqəsinə müraciət edərək məlumat verib. Kardioqramma olunduqdan sonra ona bildirilib ki, vəziyyətində qorxulu heç bir şey yoxdur. O nə zamansa ötən illərdə infakt keçirib, lakin bu keçmişdə qalıb və qorxmalı heç bir səbəbin olmadığı qeyd edilib.
Bir gün sonra, noyabrın 12-də S. Şirvanov kəskin ürək ağrıları ilə, nəfəs çatışmamazlığı yaşamağa başlayıb. Vəziyyətinin kretikləşməsini görən 15 saylı müəssisə rəhbərliyi təcili olaraq Şirvanovu Penitensiar Xidmətin Müalicə Mərkəzinə köçürüb. Burada müayinədən sonra həkimlər onun vəziyyətinin ağır olduğunu bildirib və dəqiq diaqnoz üçün inanclını özəl klinikalardan birinə göndərmək haqqında qərar qəbul ediblər.
Günün ikinci yarısı özəl klinikalardan birinə gətirilən Seyfəddin təcili anju olunub və ürəyinə stend qoyulub. Vəziyyətindəki gərginlik nisbətən endirilsə də, orta ağır durum hələ də davam edir.
Ailəsi Seyfəddin Şirvanovun vəziyyətindəki gərginlik haqqında məlumatı noyabrın 13-də, cəza çəkən məhbuslardan birinin zəngindən sonra öyrənə biliblər. Bütün bu həngamənin yaşandığı vəziyyət barəsində ailəyə heç bir məlumat verməyən Ədliyyə rəsmiləri ziddiyyətli fikirlər söyləməklə məlumatı hansı maraqları gizlədikləri bəllidir.
Bir müddət öncə Seyfəddin Şirvanov müəssisədə ona qarşı yaşanan özbaşnalıqlar haqqında məlumat vermişdi. O, əlaqədar təşkilatlardan, dövlət müəssisələrinə qədər belə psixoloji təzyiqə məruz qalması, süni maneələrlə üzləşməsi haqqında müraciət etmişdi. Lakin Ədliyyənin həmişəki laqeyd münasibətləri qısa zaman kəsiyində qeyd edilən problemin meydana gəlməsinə gətirib çıxarıb.
Vəziyyətin gərginləşməsini görən 15 saylı müəssisə isə öz cinayətini gizlətmək üçün ilk gündə bunun təhlükəli olmadığını bildirsə də, sonradan məsələnin daha böyük hal aldığını anlayaraq Seyfəddinin köçürülməsini həyata keçirib.
Xatırladaq ki, Müsəlman Birliyi Hərəkatı İdarə Heyətinin üzvü Seyfəddin Şirvanov 2015-ci il Nardaran hadisələrindən sonra kütləvi həbslər zamanı saxlanılıb. 2017-ci ilin dekabrında o, 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Seyfəddin Şirvanov cəza çəkdiyi 15 saylı müəssisədə infakt keçirib, vəziyyəti gərgindir