Sayı yüzləri ötən inanclıların həbsinə daha birisi də əlavə olundu

Mayın 11-də Xəzər rayonunda, fərdi evlərin birində təmir ustası işləyən inanclı Şahin Məlikov Xəzər rayon polis işçiləri tərəfindən işlədiyi ünvanda saxlanılıb. Məlumatı inanclıların yaxınları sosial media üzərindən paylaşım edərək yayıb. Şahin Məlikov narkotik vasitələrin satışı ilə məşğul olma ittihamı ilə şübhəli şəxs qismində saxlanılaraq Mərdəkan polis idarəsinə aparılıb. İki gün sonra, mayın 13-də inanclı Xəzər Rayon Məhkəməsi önünə çıxarılaraq barəsində 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik maddə əldə etmə, saxlama) maddə ilə cinayət işi başlanıb.

Ailəsi evlərdə təmir işləri ilə məşğul olan bir şəxsin narkotik satışı ilə saxlanılmasını məntiqsiz addım adlandırır. Bundan əlavə inanclı olan bir insanın narkotik ittihamı sözün əsil mənasında heç bir müstəviyə sığmayan addımdır.

Xatırladaq ki, əfv sərəncamı ilə ara verən inanclıların həbs dalğası yenidən aktivləşib.