Qüds şəhərinin yaxınlığında yerləşən Beyt-Dəkku şəhərindən olan Şəruq Mərar xərçəng xəstəliyi ilə apardığı mübarizəsi ilə eyni anda Qurani-Kərimi əzbərləmə hekayəsini danışıb.
Fələstinli xanım deyib xərçəng onu daxilən yesə də, o, əzm göstərərək Quranı tam şəkildə əzbərləməyi bacararaq hafizi-Quran olub.
Şəruq Quranın əzbərlənməsi prosesin iki il öncə – İsrailin Qəzza sektorunda törətdiyi hərbi cinayətlərə başladığı andan başlayıb. O deyib ki, müharibənin yaratdığı bütün çətinliklərə baxmayaraq, qəzzalı Quran hafizləri ona motivasiya verib.
“Mən Qəzza sakinlərinin, acılar və əzab-əziyyətlərə, iztirablara rəğmən, Quranı necə öyrəndiyini görürdüm, buna görə də özümə dedim ki, əgər onlar bunu bacarırlarsa, mən də bacarağacam”, – deyə o qeyd edib.
Bundan sonra Şəruq hər dəfə müalicə üçün xəstəxanaya gedərkən özü ilə Qurani-Kərim götürməyə başlayıb. O, xəstəxana dəhlizlərində kimya və şüa terapiyası seansları üçün üçün öz növbəsini gözləyərkən Quran ayələrini oxuyub, təkrar edib əzbərləməklə məşğul olurdu.
Şəruq Quranı özü üçün dərman və yol yoldaşı adlandırıb.
Ailə və 3 uşaq anası olan Şəruq xərçəng xəstəliyinə qalib gələ bilib. Bu xəstəlik onu məqsədindən yayındıra bilməyib, əksinə, Quranla tanışlıq yolunda onun üçün stimula çevrilib.
“Heç nə Quran qədər insanın qəlbini aramlaşdırmır və qəlbin müalicəsi üçün Qurandan daha güclü müalicə yoxdur. Mən çətinlik yaşayan hər kəsə Quranı öz dərmanına və daimi yol yoldaşına çevirməyi məsləhət görürəm”, – deyə o qeyd edib.
Gənc ananın xərçənglə mübarizədəki mənəvi yol yoldaşı