ABŞ və İsrailin 28 fevralda İrana başlatdığı hərbi hücum Latın Amerikasında "müqavimət" dayağı olan Venesuelada kütləvi etirazlara səbəb olub. Nümayişçilər Karakasdakı İran səfirliyinin qarşısında toplaşaraq Vaşinqton və Təl-Əvivin regional siyasətini sərt şəkildə tənqid ediblər.
Əllərində İran və Venesuela bayraqları, eləcə də əməliyyatlarda şəhid olan Ayətullah Xameneinin şəkillərini daşıyan etirazçılar "İran tək deyil" şüarları səsləndiriblər. Nümayişdə çıxış edən Fələstin İşi ilə Beynəlxalq Həmrəylik Platformasının fəalı Hindu Anderi hücumların qlobal fəlakətə yol açdığını iddia edərək deyib:
"ABŞ və İsrail bu gün qəsdən dünyanı yandırırlar. İran nə imperializmə, nə də sionizmə boyun əyməyəcək. Bu hücumlar xalqın iradəsini qıra bilməz."
Etirazçılara müraciət edən İranın Karakasdakı səfiri Əli Çeqni Tehranın hərbi hərəkətlərini "özünümüdafiə" adlandırıb. Hücumların arxasındakı əsl məqsəd regionun sərvətlərini talan etmək olduğunu iddia edən Çeqni, diplomatik dildən uzaq, sərt bir xəbərdarlıq edib:
Çeqni İran ərazisini müdafiə etməyin beynəlxalq bir hüquq olduğunu bildirdi və əlavə edib: "Dünya xalqlarının şərəfini talan etməyə çalışanlara əmin olun ki, biz heç vaxt unutmayacaqları bir dərs verəcəyik".
ABŞ və İsrailin İrana hücumuna Venesuela sərt reaksiya verib