Papa Fransisk dünyaya təsir edən müharibələrin vasitəçilik yolu ilə həllinə çağırıb.
Bazar günü etdiyi çıxışda Roma Papası Fransisk İtaliya Konstitusiyasının Müharibədən imtina haqqında 11-ci maddəsinə istinad edərək, bütün dünyada müharibə edən tərəfləri dialoqa və münaqişəyə son qoymağa çağırıb.
Papa bu sözləri dünyanın doqquz ölkəsində münaqişə və yoxsulluq qurbanlarına qayğı göstərən “Emergency” xeyriyyə təşkilatının Roma ofisinin üzvlərini salamlayarkən deyib.
O, bildirib ki, fond İtaliya Konstitusiyasının 11-ci maddəsini dəstəkləyir və bu maddədə deyilir ki, “İtaliya müharibəni başqa xalqların azadlığına təcavüz vasitəsi və beynəlxalq mübahisələrin həlli vasitəsi kimi rədd edir”.
Bütün xalqları bu maddəni xatırlamağa və həyata keçirməyə dəvət edən Papa deyib: “Qoy bu prinsip bütün dünyada tətbiq edilsin: Müharibə qadağan edilsin, problemlər qanun və danışıqlar yolu ilə həll edilsin, silahlar sussun və dialoqla əvəzlənsin.”
Papa həmişə olduğu kimi bütün dindarlardan “işgəncələrə məruz qalan Ukrayna, Fələstin, Myanma və Cənubi Sudan üçün” dua etməyi xahiş edib.
Roma Papası müharibələrin vasitəçilik yolu ilə həllinə çağırır