Dünya Katolik Xristianlarının lideri Ukrayna gənclərinə müraciət edib: “Mən istəyirəm ki, siz müharibəni pis bir fenomen kimi rədd edib vətənpərvər olasınız”.
Roma Papası Fransisk videokonfransda dünyanın müxtəlif yerlərindən olan 250 ukraynalı gənci vətənpərvərliyə, dialoqa və bağışlanmağa çağırıb. Görüş zamanı Roma Papası gənc ukraynalıları müharibənin dəhşətlərinə baxmayaraq, əfv haqqında düşünməyə davam etməyə çağırıb.
Arxiyepiskop Svyatoslav Şevçukun Roma Papası ilə ukraynalı gənclər arasında ilk görüş kimi xarakterizə etdiyi virtual görüş Kiyevdəki Dirilmə Katedralində keçirilib.
Müharibədən əziyyət çəkən xalqa müraciətində Papa ukraynalıları vətənpərvər olmağa və vətənlərini sevməyə çağırıb, lakin qisas almaqdansa, bağışlanmağı qəbul etməli olduqlarını bildirib.
Papa Fransisk müharibənin səbəb olduğu dağıntıları pisləyərək, “Müharibə aclığa səbəb olur” deyib.
“Mən hər axşam Qəzzadakı kilsəmə zəng edirəm və onlar mənə deyirlər ki, çox vaxt acdırlar. Müharibə təkcə aclıq yaratmır, həm də günahsız insanların ölümünə səbəb olur.”
Qeyd edək ki, Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun 2022-ci ildə apardığı araşdırmaya görə, ukraynalıların təxminən 72%-i pravoslav, təxminən 9%-i isə katolikdir.
Roma Papası Fransisk ukraynalı gəncləri müharibəni rədd etməyə və bağışlamağa çağırıb