"Regionda sərhədlərlə bağlı istənilən dəyişikliyə qarşıyıq" - İran XİN

İran XİN yenidən dəhliz məsələsinə və regionda sərhədlərin dəyişdirilməsinə toxunub.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib. 

"Biz regionda beynəlxalq sərhədləri dəyişdirəcək hər hansı geosiyasi dəyişikliyə qarşıyıq və bununla bağlı mövqeyimizi dəfələrlə bəyan etmişik. Bu məsələdə heç bir dəyişiklik olmayıb və olmayacaq.

Bildiyiniz kimi, İran və Ermənistan arasında əlaqələr konstruktiv xarakter daşıyır və regional təhlükəsizliyin, regionda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üçün ümumi maraqlara əsaslanır", - deyə iranlı diplomat bildirib.