Qubad İbadoğlunun şikayəti təmin edilməyib

Bu gün həbsdə olan siyasətçi Qubad İbadoğlu barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərardan verilmiş apellyasiya şikayətinə baxılıb.
Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirzəli Abbasov apellyasiya şikayətini təmin etməyib.
Qubad İbadoğlu iyulun 23-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ("Bandotdel") tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyi siyasətçinin ABŞ-da yaşayan türk din xadimi Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.
Məlumata görə, FETÖ-çülükdə (Fethullahçı Terör Örgütü-red.) ittiham olunanlar Qubad İbadoğlu ilə əlaqələrinin olması barədə ifadə veriblər.
İyulun 24-də Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğluna qarşı Cinayət Məcəlləsinin 204.3.1 (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma; mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsiylə ittiham irəli sürüb.
Siyasətçi barəsində 3 ay 26 gün müddətinə həbs qətiimkan tədbiri seçilib.
Qubad İbadoğlu ittihamları rədd edir. O, siyasi fəaliyyətinə görə həbs olunduğunu bildirir.
 
 
Toplum Tv