Ənsarullah: Yəmənə hücumlar İsrail gəmilərinin təhlükəsizliyini təmin etmir

Yəmənin Ənsarullah Hərəkatının sözçüsü Amerika və İngiltərə döyüş təyyarələrinin Yəmən ərazisinə hücumlarına cavab olaraq bildirib ki, bu hücumlar Yəmən silahlı qüvvələrinin Qəzzə xalqına dəstək missiyasını tərk etməsinə səbəb olmayacaq.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Yəmən Ənsarullah Hərəkatının sözçüsü Muhəmməd Əbdüsselam ötən gecə Amerika və İngiltərənin Yəmənin şimal-qərbinə hava hücumuna reaksiya verib.

Yəmən mənbələri Amerika və Britaniya döyüş təyyarələrinin əs-Səlifin (Yəmənin şimal-qərbi) cənubundakı əl-Şəbqa bölgəsinə iki dəfə hücum etdiyini açıqlamışdı.

Bu hücumlara cavab olaraq Ənsarullah Hərəkatının sözçüsü X sosial media hesabında yazıb: “Amerika və İngiltərə təcavüzünün davam etməsi müstəqil bir ölkənin suverenliyinin pozulmasıdır.

Məhəmməd Əbdüssəlam deyib:

"Bu hərəkətin Yəmən silahlı qüvvələrinin Qəzzaya dəstək verməsinin qarşısını ala bilməyəcəyini vurğulayırıq. Üstəlik, bu hücum İsrail gəmiləri və işğal olunmuş Fələstin limanlarına gedən gəmilərin təhlükəsizliyini təmin etməyəcək".

Ənsarullahın sözçüsü işarə edib:

“Qırmızı dəniz, Məkran və Ədən körfəzində dəniz ticarətini təhdid edən ABŞ və Böyük Britaniyanın təcavüzüdür”.

Sionist rejimin Qəzza zolağına artan hücumlarından sonra Yəmən silahlı qüvvələri işğal altındakı Fələstinə yönəlmiş heç bir İsrail gəmisinin Qırmızı dəniz və Babul Məndeb boğazından keçməsinə icazə vermir.