Ənsarullah Ədən körfəzində Britaniya gəmisini vurub

Yəmən Ənsarullah Hərəkatı bu ölkənin cənubunda Ədən körfəzində İngiltərənin LYCAVITOS gəmisini vurduqlarını açıqlayıb.

Ənsarullah Hərəkatının Hərbi Sözçüsü Yəhya Səri verdiyi yazılı açıqlamada Yəmənin cənubunda Ədən körfəzində yerləşən İngilis gəmisi LYCAVITOS-u "uyğun dəniz raketi" ilə vurduqlarını bildirib.

Hücumun Fələstin xalqına dəstək məqsədilə həyata keçirildiyini bildirən Səri, ABŞ və İngiltərənin Yəmənə qarşı hücumlarına cavab vermək və Fələstin xalqına dəstək vermək üçün daha çox tədbir gördüyünü qeyd edib.

Hücumun nəticələri ilə bağlı məlumat verilməsə də, İngiltərədən hələlik açıqlama verilməyib.

Ənsarullah ABŞ və Britaniya qüvvələrinin dünən Yəmənin qərbindəki Hudeydə şəhərinə iki hücum təşkil etdiyini də açıqlayıb. Əl-Məsira televiziyasının xəbərinə görə, ABŞ və İngiltərə Qırmızı dəniz sahilindəki Hudeyda şəhərinin Əl-Cəbbanə bölgəsində iki hücum həyata keçirib.

Hücumun nəticələri ilə bağlı məlumat verilməsə də, ABŞ və Böyük Britaniyadan hələlik heç bir açıqlama verilməyib.

Əl-Məsira televiziyası gün ərzində yayımladığı xəbərdə ABŞ və İngiltərənin Hudeydə şəhərinin Beytül-Fakif bölgəsinə hücum etdiyini açıqlayıb.