Lukaşenka ilə Putin görüşüb

Dekabrın 25-də Belarus Prezidenti Alyaksandr Lukaşenka Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşüb.
 
Tərəflərin enerji qiymətləri, ticarət və digər ikitərəfli məsələlərdən danışdığı xəbər verilir.
 
Rusiya dövlət mediasının məlumatına görə, onlar dörd saat danışıq aparandan sonra yenidən naharda bir araya gəliblər.
 
Lukaşenka danışıqlardan öncə birgə mətbuat konfransında jurnalistlərə deyib ki, iki prezidentin enerji qiymətləri mübahisəsində razılığa gələcəyinə ümid bəsləyir.
 
Bu ilin əvvəlində Rusiya vergi sistemini dəyişib, Belarus Rusiya nefti və qazı üçün daha böyük məbləğ ödəməyə başlayıb.
 
Belarus bu dəyişikliyi tənqid edib, ancaq Moskva iddia edir ki, Minsk digər ölkələrdən daha az ödəniş edir.
 
Rusiya baş nazirinin birinci müavini Anton Siluanov deyib ki, liderlər "gələcək inteqrasiyaya dair təkliflər hazırlayacaq” işçi qrup yaratmağa razılaşıblar.
 
Sammitdən öncə  Lukaşenka deyib ki, iki ölkənin münasibətlərini daha "qardaş əlaqələri” adlandırmaq olmaz, Belarus və Rusiyaya "tərəfdaşlar” demək daha dəqiq olar.
 
Lukaşenkanın mətbuat katibi Natalya Eismont jurnalistlərə deyib ki, iki prezident "təcili qərarlar verməkdən ötrü” ilin sonunadək bir daha görüşməyə razılaşıblar.
 
Azadlıq Radiosu