Rusiya Ermənistana satdığı qazın qiymətini qaldırdı

Rusiya Ermənistana satdığı təbii qazın qiymətini qaldırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə erməni KİV-i məlumat yayıb. “168.am”saytının yazdığı məlumata görə, Ermənistanda baş nazirin müavini vəzifəsini icra edən Tiqran Avinyan bu gün rusiyalı həmkarı Dmitri Kozakdan bununla bağlı xəbərdarlıq alıb. Xəbərdarlıqda qeyd edilib ki, 2019-cu ilin yanvarın 1-dən etibarən Rusiyanın Ermənistana satdığı qazın qiyməti min kubmetrə görə 150 dollardan 215 dollara qalxacaq. 

Tiqran Avinyanın ofisindən verilən açıqlamada isə məlumat təkzib edilib və Ermənistan hökumətinin Rusiyadan qeyd edilən məzmunda məktub almadığı vurğulanıb.