Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs saxlanılıb

Azərbaycanın İnterpol xətti ilə beynəlxalq axtarışa verdiyi şəxs Rusiyada saxlanılıb.
 
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Nazirliyin Baş Cinayət Axtarışı İdarəsi, İnterpolun Milli Mərkəzi Bürosu və Nəsimi rayon Polis idarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Çingiz Qasımov Rusiya ərazisində saxlanılıb. 
 
O, Azərbaycana ekstradisiya olunub.