Türkiyə İdlibə silah tədarükünü sürətləndirdi

Türkiyə Suriyanın İdlib əyalətindəki müxalif qüvvələrə silah tədarükünü sürətləndirib.

Bu barədə “Reuters” agentliyi silahlı müxalifətdəki mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, məqsəd İdlibdəki silahlılara Suriya ordusunun planlaşdırılan hücumunun qarşısını almaqda kömək etməkdir.

Mənbə qeyd edir ki, Ankara bu addımı Tehran sammitində Suriya ordusunun hücumunun təxirə salınması ilə bağlı anlaşma əldə olunmadığından atıb.

Türkiyənin göndərdiyi silah arasında “Qrad” reaktiv yaylım atəş sistemi üçün raket və mərmi başlıqları var.