Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC-nin nümayəndə heyəti Ağsu rayonuna səfər edib.
Qurumdan verilən məlumata görə, səfərdə məqsəd pambıq yığımı ərəfəsində fermerlər üçün maarifləndirici tədbir keçirmək olub.
Rayonun Navahı kəndində 11 hektarlıq pambıq sahəsində keçirilən tədbirdə fermerlərə kombaynla yığıma hazırlıq qaydaları, pambıq kollarının defolyasiyası prosesi barədə məlumatlar verilib.
Tədbir çərçivəsində iştirakçılara həmçinin “Aqrolizinq” ASC-nin bazasında olan defolyantlar, onların aqrotexniki qaydalara uyğun tətbiqi qaydaları və təhlükəsizlik geyimləri barədə geniş məlumat verilib, defolyantlar və geyimlər traktorçulara təqdim edilib.
Qeyd edək ki, cari il ərzində təhlükəsizlik geyimləri respublikanın bütün rayonlarında pambıq sahələrində gübrələmə işini həyata keçirəcək traktorçulara təqdim ediləcək.
Pambıq tarlalarında gübrə səpəcək traktorçulara təhlükəsizlik geyimləri paylanılıb

Oxşar xəbərlər