Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq baş idarəsinin sabiq rəisi, general-mayor Mövlan Şıxəliyevə qarşı Mətləb Mustafayevin iddiası üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Xuraman Mərdanovanın sədrliyi ilə baş tutan prosesdə Mövlan Şıxəliyevin vəkili Arzu Cavadov prosesdən kənarlaşdırılıb.
Buna səbəb vəkilin məhkəməyə order təyin etməməsi olub. Hakim vəkilin prosesdə iştirak etməsinin mümkün olmadığını söyləyib. Hakim həmçinin qeyd edib ki, Maliyyə Nazirliyinin də nümayəndəsi prosesdə iştirak etmir.
Daha sonra iddiaçı Mətləb Mustafayev bildirib ki, şərlənərək həbs edildiyi üçün müdafiə olunmasında ötrü vəkilə çəkdiyi xərcləri, Məhkəmə Ekspertiza Mərkəzinə, həmçinin cəzaçəkmə müəssisəsində qeyri-rəsmi xərclədiyi vəsaitlərin 5 min manat miqdarında hesablanması çox azdır.
Mətləb Mustafayev qeyd edib ki, Statistika Komitəsinin açıqlamasında 2018-ci ildə minimum əmkhaqqı 541 manat civarında olduğu qeyd edilsə də, məhkəmə onun 21 ay qanunsuz həbsdə saxlanmasına görə hər aya 238 manat təzminat ayırıb: “Mən də bu qərara etirazımı bildirirəm, işimə yenidən baxılmasını istəyirəm”.
Mətləb Mustafayevin sözlərinə görə, həbs edilməsini sifariş verən icra hakimiyyəti orqanının rəhbər şəxsi - yaşadığı mənzilə tapança qoyulmasını sifarişi verən sabiq nazir Eldar Mahmudov, tapançanı sağ əlininin şəhadət barmağına toxundurmasına şərait yaratmış Hüseyn Əhmədov, məsuliyyəti prokurorluğun üstünə atmış Mövlan Şıxəliyev, Eldar Mahmudovun yaxın adamı kimi tanınan, ixtisasca stomatoloq olan general-mayor Məzahir Yaqubov məsuliyyətdən kənarda qalıblar: “Bu işdə yalnız antiterror mərkəzinin rəhbəri Elçin Quliyev məsuliyyətə cəlb olunub”.
Mətləb Mustafayevin fikirlərini dinləyən hakim heyəti daha sonra qərar qəbul etmək üçün müşavirə otağına yollanıb.
Müşavirədən qayıdan hakim heyəti Səbail rayon Məhkəməsinin çıxardığı 5 min manatlıq təzminat qərarını qüvvədə saxlayıb.
Həmçinin Mətləb Mustafayevin vəkilə və Tibbi Ekspertiza Mərkəzinə çəkdiyi 736 manatın ona ödənilməsi üçün Maliyyə Nazirliyi tərəfindən tutulması barədə qərar qəbul edib.
Qərar icra ediləndən sonra bütün vəsaitlər Mövlan Şıxəliyevdən alınması tələbi qoyulub.
Qeyd edək ki, Mətləb Mustafayev MTN-in baş istintaq İdarəsinin sabiq rəisi, ehtiyatda olan general-mayor Mövlan Şıxəliyevə qarşı Səbail rayon Məhkəməsində iddia qaldırıb, onun 63 min manatlıq iddiası qismən təmin edilib, 5 min manat cərimə kəsilib.
Mətləb Mustafayev iddia ərizəsində şərlənərək həbs edilməsindən sonra barəsində olan cinayət işi üzrə istintaqın Mövlan Şıxəliyevin rəhbərlik etdiyi idarədə aparıldığını göstərib. Ona qarşı həmin idarədə qanunsuz hərəkətlər edilib, guya İran vətəndaşı olan Rza adlı şəxsdən aldığı silahla bağlı ittiham hazırlanıb.
Mətləb Mustafayev sabiq idarə rəisindən 63 min manat təzminat ödəməsini tələb edib.
Bundan başqa, Mətləb Mustafayev sabiq nazir Eldar Mahmudovun sifarişi ilə şərlənərək həbs edildiyini göstərib və sabiq nazirdən 137 min manat maddi və mənəvi zərərin ödənilməsini istəyib.
Mətləb Mustafayev həmçinin Məzahir Yaqubov və işin ibtidai istintaqını aparan müstəntiq Elşən Murtuzovdan da maddi və mənəvi zərərin ödənilməsini istəyib.
Nəsimi rayon Məhkəməsinin qərarı ilə Mətləb Mustafayevin Eldar Mahmudova, Məzahir Yaqubova və Elşən Murtuzova qarşı iddiası baxılmamış saxlanılıb.
Mətləb Mustafayev hər iki iddia ərizəsində Maliyyə Nazirliyini də cavabdeh kimi göstərib. Buna səbəb həm Eldar Mahmudov, həm də Mövlan Şıxəliyev qanunsuz hərəkətlər edən zaman dövlət orqanlarında rəhbər şəxs olduqları qeyd edilib.
Mətləb Mustafayev əvvəllər Dövlət Əmlak Komitəsində müxtəlif vəzifələrdə, həmçinin 2014-cü ilədək Azərsu ASC-də iqtisadçı işləyib. O, 2014-cü ilin sentyabrında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində həbs edilib.
MTN-in o dövrdə məhkəməyə göndərdiyi ittihamdan məlum olur ki, Mətləb Mustafayev istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq odlu silah əldə etməkdə təqsirləndirilib.
Ona Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsi ilə ittiham verilib və 2015-ci il aprelin 24-də Nəsimi rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apelyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.
Müdafiə tərəfinin kasasiya şikayətinə Ali Məhkəməsinin hakimi Gülzar Rzayevanın sədrliyi ilə baxılıb, Bakı Apelyasiya Məhkəməsinin qərarı ləğv olunub. Mətləb Mustafayev apelyasiya şikayətində günahsız olduğunu, MTN-in Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev, MTN-in rəhbər şəxsləri və digər əməkdaşları tərəfindən şərlənərək həbs edildiyini qeyd edib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Bundan sonra Bakı Apelyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrlik etdiyi kollegiyada Mətləb Mustafayevin işinə yenidən baxılıb. Hakim heyətinin qərarı ilə Mətləb Mustafayevin barəsində bəraət hökmü çıxarılıb.
MTN-in Antiterror Mərkəzinin sabiq rəisi Elçin Quliyev və onun müavini İlqar Əliyev Mətləb Mustafayevdən başqa vəzifəli şəxslərin əleyhinə ifadə almağa çalışıblar.
MTN ləğv ediləndən sonra nazirliyin Antiterror Mərkəzinin sabiq rəis müavini, polkovnik İlqar Əliyev həbs edilib. O, 2015-ci il dekabrın 20-də saxlanıldığı Bakı İstintaq təcridxanasında özünü asaraq intihar edib.
İlqar Əliyev intihar edəndən sonra Elçin Quliyev həbs olunub. Elçin Quliyev və onun işçisi Azər Mehdiyevin cinayət işi Bakı Hərbi Məhkəməsində keçirilib.
Məhkəmənin hökmü ilə Elçin Quliyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Elçin Quliyevin barəsində tərtib edilmiş ittiham aktında Mətləb Mustafayev və Malik Mustafayev zərərçəkmiş şəxs qismində tanınıblar.
Mətləb Mustafayev həmçinin zərərçəkmiş Malik Mustafayevin hüquqi varisi qismində də tanınıb.
Qeyd edək ki, Eldar Mahmudov vəzifəsindən kənarlaşdırıldıqdan sonra Mətləb Mustafayevin işi üzrə məhəkəmələrə müdaxilə edilməyib. Bu səbəbdən Mətləb Mustafayevin cinayət işi tam obyektiv aparışdırılıb və onun Eldar Mahmudov, Elçin Quliyev, İlqar Əliyev, Mövlan Şıxəliyev və digər vəzifəli şəxslər tərəfindən şərləndiyi, sifarişlə həbs edildiyi sübuta yetirilib.
Bu səbəbdən onu şərləyən keçmiş rəhbər şəxslərə qarşı məhəkəmlərdə təzminat davası açır. Mətləb Mustafayev həmçinin onu şərləyərək, 21 ay həbsdə saxlayan Eldar Mahmudov və Mövlan Şıxəliyevin barəsində cinayət işi başlanması üçün Baş Prokurorluğa da müraciət ünvanlayıb.
MTN generalı 736 manat cərimələndi

Oxşar xəbərlər