Avropa Parlamenti siyasi mәhbuslara görә Azәrbaycanla sazişdәn imtina etdi

Avropa Parlamenti Aİ ilə Azərbaycan arasında yeni saziş üçün şərtlər irəli sürüb. Şərtlərin siyahısı bu gün Avroparlamentin plenar iclasında qəbul olunub.

Avroparlamentin press-relizində bildirilir ki, gələcək saziş əsas azadlıqları təmin etməli, həmçinin korrupsiya, pulların yuyulması və vergidən yayınma ilə mübarizəni özündə ehtiva etməlidir. Əsas şərtlərdən biri hüquq müdafiəçilərinin siyasi məhbus hesab etdikləri məhbusların azad edilməsidir.

Aİ ilə Azərbaycan arasında Hərtərəfli saziş üzrə danışıqların iştirakçıları üçün parlamentin tövsiyələri 564 “lehinə”, 69 “əleyhinə” və 47 bitərəf səs olmaqla qəbul edilib.

Xüsusilə, Avroparlamentin üzvləri Avropa Komissiyasını və Aİ-nin xarici siyasət üzrə rəhbərini gələcək sazişin hər iki tərəfə yalnız iri şirkətlər üçün deyil, Aİ və Azərbaycan vətəndaşları üçün də nəzərə çarpacaq və konkret mənfəət qazandırmasına çağırıblar.

Azərbaycan hökumətinə xatırlatmaq istəyirlər ki, ölkə Aİ-nin əsas dəyərlərinə və hüquqlarına riayət etməyənə qədər heç bir hərtərəfli saziş təsdiqlənməyəcək. Danışıqların başa çatmasına qədər bütün “siyasi məhbuslar” azad edilməlidir.

Bundan əlavə, Avroparlament qərəzsizliyi və icra hakimiyyətinin müstəqilliyini təmin etmək məqsədilə Azərbaycanda məhkəmə sisteminin islahatlarının dəstəklənməsinə çağırıb.

KİV-in dəstəklənməsinə ayrıca diqqət yetirilib. Avroparlament sonralar redaksiyalarının müstəqilliyi şərtilə Azərbaycanda azad və plüralistik KİV-lərin dəstəklənməsinə çağırıb.

azadliq.info