Avropa Parlamenti yeni spikerini seçib

Avropa Parlamentinin sədri vəzifəsinə keçirilən səsvermə zamanı 4 namizəddən heç biri lazımı sayda səs toplaya bilmədiyindən ikinci mərhələ keçirilib.
 
İkinci mərhələdə İtaliyalı David-Mariya Sassoli Avropa Parlamentinin yeni sədri olub.
 
"Euronews" xəbər verir ki, ötən çağırışda vitse-spiker olan 63 yaşlı deputat səsvermənin ikinci mərhələsində palata üzvlərinin əksəriyyətinin səsini qazanıb.
 
345 deputat onun sədr olmasının lehinə səs verib.