İyunun 18-də Azərbaycanda İnsan Hüquqları Günü qeyd olunur. Ölkədə çox az insanın haqqında məlumatı olduğu bu bayram 2007-ci il iyunun 18-də prezident İlham Əliyevin fərmanı ilə tətbiq edilib.
Bu gün təsadüfi seçilməyib. 1998-ci il iyunun 18-də Azərbaycan prezidenti Heydər Əliyev İnsan Hüquqlarının Müdafiəsi üzrə Dövlət Proqramını təsdiq edib. 2011-ci ilin dekabrında İlham Əliyev Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması üzrə Milli Fəaliyyət Planını təsdiq edir, bu proqram ölkədə insan hüquqlarının müdafiəsi üzrə tədbirlərin yol xəritəsi olmalı idi.
6 hissədən ibarət heybətli sənədin məqsədi insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılmasına yönəlmiş tədbirlərin sabitliyinin təmin edilməsi, cəmiyyətdə hüquqi mədəniyyətin inkişafı, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi idi.
Proqram 2015-ci ilə qədərki dövrü əhatə edirdi və sonradan uzadılmadı. Hökumət iddia edir ki, bu istiqamətdə az iş görülməyib. 90-cı illərdən etibarən Azərbaycan 200-dən çox beynəlxalq konvensiyanı qəbul edib, onların 70%-i birbaşa insan hüquqlarının müdafiəsinə yönəlib. Bu istiqamətdə Azərbaycanda İnsan Hüquqları üzrə Məsul Şəxs (Ombudsman) Aparatı yaradılıb, insan hüquqlarının müdafiəsi sahəsində qanunlar və digər normativ aktlar qəbul edilib, Ailə, qadın, və Uşaq məsələləri üzrə Azərbaycan Dövlət Komitəsi yaradılıb.
Xarici işlər naziri Elmar Məmmədyarov Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 37-ci sessiyasında çıxış edərkən ayrı-ayrı problemlərin mövcud olduğunu etiraf edib, amma dünya ictimaiyyətinə Azərbaycan ərazilərinin bir hissəsinin işğalı nəticəsində bir milyon qaçqının hüquqlarının pozulması ilə bağlı iradlar irəli sürüb.
Azərbaycanda insan hüquqlarından söhbət düşəndə müntəzəm olaraq bu iradlardan istifadə olunur. Beləliklə, Ermənistanın təqsiri ucbatından qaçqın olmaq məcburiyyətində qalmış şəxslərin hüquqlarının pozulması Azərbaycan hakimiyyətinin təqsiri ucbatından milyonlarla ölkə vətəndaşının hüquqlarının pozulması ilə əlaqələndirilir. Yəni məsələnin bu şəkildə qoyulmasının məntiqi belədir: işğalı aradan qaldırın və qaçqınların qayıtmasını təmin edin, biz də öz vətəndaşlarımızın hüquqlarını pozmağa son qoyaq. Buradan həmçinin belə bir məntiqi nəticə çıxır ki, ölkə əhalisi, o cümlədən qaçqınlar rəsmi Bakının həyata keçirdiyi hüquq və azadlıqların pozulması siyasətinin əsiridir.
Ötən il ərzində və son vaxtlar müxtəlif yerli və xarici təşkilatlar ciddi işgəncə, siyasi və dini fəalların həbs edilməsi, mətbuat azadlığının pozulması faktlarını qeyd ediblər.
2017-ci ildə Azərbaycanda çox ciddi işgəncə, siyasi və dini fəalların həbsi, mətbuat azadlığının boğulması faktları davam edir. Bu barədə ABŞ Dövlət Departamentinin 2017-ci ildə dünyada insan hüquqları sahəsində vəziyyət haqqında illik hesabatında deyilir.
Geniş yayılmış pozuntu faktları arasında məhbusların ölümü, ağır və həyat üçün təhlükəli şəraitdə saxlanılması, özbaşına həbslər, azadlıqların olmaması, siyasi məhbusların mövcudluğu, jurnalistlərə qarşı fiziki hədələr, şəxsi həyata müdaxilə, ifadə azadlığının məhdudlaşdırılması halları göstərilir.
Ölümlə nəticələnən ən az altı işgəncə və fiziki zorakılıq hadisəsi haqqında məlumat verilir. Xüsusən, 28 aprel 2017-ci il tarixində Kürdəxanı istintaq təcridxanasında bloger Mehman Qələndərov şübhəli şəraitdə vəfat edib. O, tezbazar və gizli şəkildə dəfn olunub.
Məhbusun ölüm faktı üzrə istintaqın nəticələri haqqında ictimaiyyətə məlumat verilməyib.
Həmçinin, casusluqda ittiham olunan beş hərbiçinin öldürülməsi və yenə tezbazar dəfn edilməsi haqqında məlumat verilir. Ailələrə cəsədlərə baxmaq imkanı verilməyib. Məhbuslara qarşı işgəncələrə gəlincə, həbsdə olan bloger Mehman Hüseynov polis bölməsində işgəncəyə məruz qalıb.
"Müsəlman Birliyi" hərəkatının fəalları Abbas Hüseynov və Cabbar Cabbarov da Qobustan həbsxanasında işgəncələrdən şikayət edib.
Sentyabrda Bakıda saxlanılan LGTB fəallarına təhdid və təzyiq halları olub.
Tibbi yardım göstərilməməsi nəticəsində Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlının həbsxanada vəziyyəti pisləşib.
Avropa İnsan Hüquqları Məhkəməsinin 2014-cü ildə çıxardığı həbsin qanunsuz olması barədə qərara baxmayaraq, müxalif siyasətçi İlqar Məmmədov həbsdə qalmaqdadır.
Həmçinin, 2016-cı ildə "Azadlıq" qəzetinin buraxılışı dayandırıldıqdan sonra ölkədə əhəmiyyətli müxalif çap nəşrlərinin qalmadığı qeyd edilir.
2017-ci ilin mayında "Azadlıq" radiosunun, "Azadlıq" qəzetinin, Meydan TV-nin, "Azərbaycan saatı" verilişinin saytları bloklanıb.
Avqustun 24-də Turan agentliyinin direktoru Mehman Əliyev həbs edilib. Amma sonradan o azad edilib, noyabrın 2-də isə iş bağlanıb.
Vətəndaşların məhkəmələrdə yalnız Vəkillər Kollegiyasının üzvləri tərəfindən təmsil edilməsi məhdudiyyəti ilə əlaqədar onların hüquqi müdafiə əldə etmək imkanlarının məhdudlaşdığı qeyd edilir.
Ölkədə ümumilikdə 156 siyasi məhbus var.
Bu ən yeni beynəlxalq hesabat aprelin 20-də dərc edilib. Azərbaycan Prezident Administrasiyası iradları tamamilə təkzib etməsə də, hesabatı qərəzli hesab edir.
Dövlət başçısının ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ABŞ Dövlət Departamentini Azərbaycana qarşı qeyri-obyektiv münasibətdə ittiham edib. Əli Həsənovun sözlərinə görə, hesabat qərəzli xarakter daşıyır. Onun fikrincə, konkret faktlar "qərəzli olaraq müəyyən dairələrin maraqlarına uyğun şəkildə təfsir edilir".
"Biz hansısa şübhəli "faktlar" əsasında hakimiyyətin nüfuzunu azaldanqərəzli iddiaları qəbul etmirik və onları ciddi əsası olmayan subyektiv mühakimə kimi qiymətləndiririk", deyə Həsənov hesabatı şərh edib.
Sənədə bu etiraz 11 aprel prezident seçkilərindən sonra rejimin rəqiblərinin yeni həbsləri, oğurlanması və döyülməsi dalğası ilə təsdiqini tapdı.
Və bütün bunlar Azərbaycan ombudsmanının mayın 18-dən iyunun 18-nə qədər insan hüquqları ayı elan etdiyi bir vaxtda baş verib.
Siyasi məhbus siyahısının tərtib edilməsi üzrə vətəndaş cəmiyyətinin İşçi Qrupunun üzvü Samir Kazımlının haqlı olaraq qeyd etdiyi kimi, "İnsan hüquqları ayı"nı "İnsan hüquqlarının pozulması ayı" adlandırmaq daha doğru olardı.
Təmayül göstərir ki, rəsmi Bakının bu siyasətinə birgə yerli və beynəlxalq müqavimət olmasa, insan hüquqları ilə bağlı vəziyyət durmadan pisləşəcək. Cəmiyyətdən və beynəlxalq ictimaiyyətdən hansısa müqavimət siqnalları gəlir. Amma onların nə dərəcədə güclü və səmərəli olacağını yaxın gələcək göstərəcək.
Turan
İnsan hüquqlarının pozulması ili

Oxşar xəbərlər