Makedoniyanın yeni adına dair iyunun 17-də razılaşma imzalanacaq

Gununsesi.info-nun verdiyi xəbərə görə, imzalanma mərasimi Prespa gölü ərazisində baş tutacaq.

Razılaşmanı Yunanıstan xarici işlər naziri Nikos Kotzias  və Makedoniyanın  xarici işlər naziri Nikolay Dimitrov  imzalayacaq. Mərasimdə hər iki ölkənin baş nazirlərinin də iştirak edəcəyi bildirilir.

Qeyd edək ki, Makedoniya Şimali Makedoniya Respublikası adlandırılacaq. Makedoniyanın yeni adının Skopyenin Aİ və NATO üzvlüyünə yol açacağı deyilir.

Adla bağlı iki ölkə arasında 25 ildir davam edən mübahisə Makedoniyanın NATO və Aİ-yə üzv qəbul edilməsinə mane olurdu. Afina qonşu ölkənin adının Yunanıstanın Makedoniya vilayəti ilə dəyişik salınmaması üçün ölkənin adının dəyişdirilməsini tələb edir.