Konstitusiya Məhkəməsindən "ramazan davulu" qərarı

Türkiyə Konstitusiya Məhkəməsi vətəndaşın gecə saatlarında yaşadığı məhəllədə "ramazan davulu" çalınmasına etiraz olaraq verdiyi şikayəti rədd edib.

Teleqraf.com xəbər verir ki, 2008-ci ildən bəri davam edən məhkəmə prosesi ötən gün vətəndaşın əleyhinə çıxarılan qərarların təsdiqlənməsilə başa çatıb.

Şikayətçi "ramazan davulu"nun bəlli bir müsəlman təriqətinin adəti olduğunu, amma bu adətdən qeyri-müsəlmanların rahatsız olduğunu əsas gətirərək məhkəməyə müraciət etmişdi.

Konstitusiya Məhkəməsinin qərarı ilə razılaşmayan vətəndaş Ali Məhkəməyə üz tutacağını bəyan edib.