Orxan Mansırzadə: ''Sözügedən müraciət formasında qeyri-ciddi mövqe ortaya qoyması tamamilə məntiqsiz və məsuliyyətsiz yanaşmadır''
Daxili İşlər Nazirliyi (DİN) mayın 28-də Bakıda yürüş keçirdikləri üçün həbs olunmuş şəxslərə dəstək verənlərin müraciətinə cavab verib.
Nazirliyin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə bu barədə APA-ya danışıb.
O. Mansurzadənin fikrincə, yürüşün məqsədi təntənəli bayram tədbirinə yad şəkildə ictimai asayişi pozmaq olub:
“Özünü demokratik qüvvələr adlandıran, əsasən müxalifətyönlü partiya və birliklərin, gənclər və qeyri-hökumət təşkilatlarının bir qrup nümayəndəsi öz amplualarına sadiq qalaraq, mayın 28-də təntənəli yubiley tədbirlərinin keçirildiyi bir gündə, möhtəşəm, bayramın mahiyyətinə və ruhuna yad bir şəkildə paytaxtın mərkəzində şəhərin İcra Hakimiyyətini və hüquq-mühafizə orqanlarını xəbərdar etmədən, onlarla razılaşdırmadan qanunsuz yürüş etməyə cəhd göstərib.
Ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən aksiyanın qanunsuz olması, baş verə biləcək ictimai qayda pozuntusuna görə məsuliyyət daşıyacaqları barədə xəbərdar olunmalarına baxmayaraq, aksiyanın təşkilatçıları buna məhəl qoymayıb, ictimai qaydanın pozulmasına yönələn hərəkətlər ediblər. Bu hüquqazidd hərəkətlər zamanı polis əməkdaşlarının qanuni tələblərinə tabeçilik göstərməyən yürüş iştirakçılarından bir neçəsi saxlanılıb, barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq protokollar tərtib edilərək məhkəmələr tərəfindən inzibati həbs cəzaları alıblar”.
DİN sözçüsü deyib ki, qanunsuz aksiyanın təşkilatçıları olan bir qrup şəxs yubiley tədbirlərinə kölgə salan əməllərinə haqq qazandırmaq, barələrində inzibati həbs qərarı çıxarılmışların heç bir səbəb olmadan saxlanılmalarını əsaslandırmaq məqsədilə Daxili İşlər Nazirliyinə müraciət ünvanlayıb:
“Artıq bir sıra kütləvi informasiya vasitələrində yayıldığına görə məlum müraciətdə əksini tapmış məqamlar, yəni özlərini “vətəndaş cəmiyyəti fəalları” adlandıranların guya uydurma bəhanələrlə saxlanılması, onların bayram tədbirində iştiraklarına görə cəzalandırılmaları, eyni əməllərə görə “fəalların” da məsuliyyətə cəlb edilmələrinə dair iddia və xahişlər, inzibati qaydada həbs olunanların azadlığa buraxılmalarına dair tələblər əslində müraciət müəlliflərinin məqsəd və məramlarının qeyri-ciddiliyindən, məlum aksiyanın təşkilatçıları tərəfindən məsələ ətrafında yersiz şou yaratmaq istəklərindən xəbər verir. Maraqlıdır ki, indi kimlərinsə guya əsassız olaraq tutulması ətrafında yersiz hay-küy qaldırıb gündəm yaratmaq və ictimai rəyi çaşdırmaq niyyəti güdən, öz vəzifə borclarını yerinə yetirən hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının fəaliyyətinə təzyiq etməyə cəhd göstərən məlum aksiyanın təşkilatçıları arasında vaxtilə törətdikləri inzibati hüquqpozmalara, cinayətlərə görə cəzalanmış, məhkumluq həyatı yaşamış, yaxud insan və vətəndaş hüquq və azadlıqları mövzusunu istismar edən, bunu spekulyasiya predmetinə çevirmiş, mövzudan ictimai qınaq kimi yararlanmaq istəyənlər də vardır və indi belələrinin sözügedən müraciət formasında qeyri-ciddi mövqe ortaya qoyması tamamilə məntiqsiz və məsuliyyətsiz yanaşmadır”.
Orxan Mansurzadə deyib ki, qanunsuz aksiya keçirməyə cəhd edən bir neçə şəxsin polis tərəfindən saxlanılması, onların məsuliyyətə cəlb olunması zamanı mövcud qanunvericiliyin tələblərinə ciddi riayət edilib, saxlanılanlara törətdikləri hüquqpozmanın mahiyyəti başa salınıb, onların hüquqları izah edilib, hər biri vəkillə təmin olunub, həmişə olduğu kimi, bu zaman inzibati xəta və ya hüquq pozuntusu törətmiş şəxslərin hansı partiyaların üzvü, hansı sosial, siyasi mövqeyə malik olması, dini, irqi mənsubiyyəti heç bir rol oynamayıb:
“Bir daha xatırladırıq ki, mayın 28-də bir neçə vətəndaş polis tərəfindən törətdikləri konkret hüquqpozmaya görə saxlanılıb ki, bu hadisənin də siyasiləşdirilməsi, mahiyyətinin təhrif olunmaqla ictimai rəyin aldadılması tamamilə yolverilməzdir”.
28 May Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasının 100-cü ildönümündə keçirilmiş bayram yürüşündən sonra ReAL Partiyasının dörd üzvü 30 sutka inzibati həbsə məruz qalıblar.
Bununla əlaqədar Azərbaycandakı 100-dən artıq ictimai-siyasi xadim polis tərəfindən təzyiqlərə etiraz edən müraciət imzalayıb, Daxili İşlər Nazirliyinə təqdim ediblər.
DİN ictimaiyyət nümayəndələrinin müraciətinə cavab verdi

Oxşar xəbərlər