Hüquqşünas 30 sutka cəza aldı

Hüquqşünas Emin Aslan İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 30 sutka azadlıqdan məhrum edilib. 
 
O, polisin qanuni əmrinə tabe olmamaqda təqsirləndirilir.
 
Bu barədə vəkil Elçin Sadıqov məlumat yayıb.
 
Emin Aslan iyunun 4-də saat 17 radələrində "Park-Bulvar”ın qarşısından naməlum istiqamətə aparılıb. 
 
Yaxınlarının sözlərinə görə, onu 3 mülki şəxs "90 XG 017” nömrə nişanlı avtomobilə mindiriblər.
 
Hadisədən 30 dəqiqə sonra yaxınları Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat veriblər.
 
Emin Aslan ABŞ-ın Syracuse Universitetinin hüquq fakültəsinin məzunudur. 
 
Həbsindən bir neçə gün öncə Bakıya qayıdıb.
 
meydan.tv