Mayın 20-də Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində Gəncədə keçirilmiş "Kəpəz” - "Neftçi” oyunundan əvvəl iki azarkeşin saxlanılaraq Polis Şöbəsinə aparıldığı bildirilir. "Kəpəz” azarkeşinin Meydan TV-yə verdiyi məlumata görə, buna səbəb azarkeşlərin stadiona üzərində "Cumhuriyyəti quran kişilərin nəvələriyik” pankartını keçirmək istəməsi olub.
"Polis pankartı azarkeşlərdən almaq istəyəndə aralarında insident yarandı. Sonra iki azarkeşi şöbəyə aparıb onlardan izahat aldılar. Nəticədə istəklərinə nail oldular. Pankart oyunda açılmadı, azarkeşlər də futbolu izləyə bilmədi”.
Məlumata görə, futboldan sonra azarkeşlər sərbəst buraxılıb. Pankartları da onlara geri qaytarılmayıb.
"Kəpəz” futbol klubunun mətbuat xidmətinin rəhbəri Azad Mustafayev deyib ki, o, cümhuriyyətlə bağlı pankartı azakeşlərin əlində görməyib:
"Azarkeşlərdə pirotexniki vasitələr (fişəng, yandırıcı maddələr) olub. Onlar da ictimai yerlərdə qadağandır. Polis də o maddələri azarkeşlərdə aşkar etdiyinə görə onlar stadiondan uzaqlaşdırıb. Mən stadionda o pankartı görməmişəm”.
Futbol azarkeşlərinin cümhuriyyətlə bağlı pankarta görə saxlanıldığı deyilir
Oxşar xəbərlər