Amnistiya aktı qəbul edilməyəcək

Cümhuriyyətin 100 illiyilə bağlı təklif edilən Amnistiya aktı qəbul edilməyəcək.

Modern.az-a daxil olan məlumata görə, buna səbəb kimi Cümhuriyyətin 100 illiyilə bağlı Əfv sərəncamınının imzalanacağı göstərilir. Həmçinin, qeyd olunur ki, Amnistiya aktının qəbul olunması nəzərdə tutulsaydı, indiyədək Milli Məclisdə müzakirəyə çıxarılmalı idi.

Parlamentdən Modern.az-a verilən məlumata görə, məsələ mayın 18-i və 31-i keçiriləcək iclasların gündəliyinə də daxil edilməyib.

Qeyd edək ki, Yeni Azərbaycan Partsiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov, deputat Elmira Axundova Mili Məclisdə Amnistiya aktının qəbul olunmasını təklif etmişdilər.

İndiyədək 11 Amnistiya aktı qəbul edilib. Sonuncu akt 2016-cı ildə Heydər Əliyev Fondunun Prezidenti, I vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə 28 May – Respublika Günü münasibətilə qəbul edilmişdi.