'Biz onları başqa günlərdə daim yad edirik, bayram günü olduğu üçün sükutla yad etməyi düzgün saymıram''
“Təklif edirəm ki, parlamentin 100 illiyi ilə bağlı medal Cümhuriyyət qurucularının varislərinə, İstiqlal Bəyannaməsinə imza atan deputatlara təqdim edilsin”.
Bu təkliflə dekabrın 7-də Milli Məclisin iclasında Fazil Mustafa çıxış edib. İclasın açılışında spiker Oqtay Əsədov Azərbaycan Parlamentinin yaranmasının 100 illiyi olduğunu deyərək, bu münasibətlə deputatları təbrik edib.
Fazil Mustafa çıxışında deyib ki, Azərbaycan Milli Məclisinin 100 illiyi ilə bağlı medalın təqdim olunması təntənəli şəkildə baş tutmalıdır:
“Rəsulzadənin nəvəsi Azərbaycanın tanınmış rəssamıdır. Ona da bu medal verilsin. Hansı ki, Rəis Rəsulzadənin səhhəti ilə bağlı dövlət başçısı səviyyəsində diqqət göstərildi və bu, tarixdə qaldı”.
Deputat Fazil Mustafa Cümhuriyyətin qurucularının xatirəsini bir dəqiqəlik sükutla yad etməyi təklif edib.
Milli Məclis sədri Oqtay Əsədov deputat Fazil Mustafanın Cümhuriyyət qurucularının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə bağlı təklifinə cavab olaraq bildirib ki, bayram günü olduğu üçün onları sükutla yad etməyi düzgün saymır:
“Biz onları başqa günlərdə daim yad edirik. Hətta bir müddət öncə təntənəli yubiley iclası da keçirdik. Parlamentin yüz illiyi ilə bağlı kitabda da onlar haqqında geniş məlumat verilib. Yubiley medalına gəlincə isə onlar hazırdır. Yaxın günlərdə keçiriləcək iclasların birində deputatlara təqdim ediləcək”.
Oqtay Əsədov Cümhuriyyət qurucularının xatirəsinin sükutla yad edilməsinə qarşı çıxdı

Oxşar xəbərlər