İşçisini cümə namazına buraxmayan müdirlərə xəbərdarlıq edilib

Müsəlman işçilər işəgötürənlər tərəfindən hüquqları pozularaq cümə namazına buraxılmamaları barəsində hakimiyyət orqanlarına məlumat verməlidir.

Bu barədə Malayziyanın Din İşləri, Sahibkarlığın İnkişafı, Kooperativlər və Həyat Səviyyəsi üzrə Dövlət Komitəsinin sədri Rais Yasin

“Ölkə üzrə bütün işəgötürənlər bundan xəbərdar olmalıdırlar. Pərakəndə ticarət müəssisələrində, fabriklərdə və digər şirkətlərdə baş verən bu cür hadisələr barədə məlumat almalıyıq. Belə vəziyyətlə qarşılaşan hər kəs müvafiq tədbirlərin görülməsi üçün dərhal bu barədə məlumat verməlidir”, – deyə o, Melaka ştatına səfəri zamanı bildirib.

Yasin bu açıqlamanı sahibkarların mömin işçilərin məscidə gedə bilməsi üçün cümə günü günorta saatlarında işi müvəqqəti dayandırmalı olub-olmadıqları barədə suala cavab verərkən verib.

Bundan əvvəl Terengqanu ştatında bütün şirkətlərin cümə günləri saat 12:30-dan 14:30-dək fəaliyyətlərini dayandırmasını tələb edən qanun qəbul edilib.

Yasin izah edib ki, digər ştatlarda buna bənzər göstərişlərin qəbul edilməsi məcburi deyil. Sadəcə, məscidə getmək istəyən işçilərə bunun üçün imkan yaradılması kifayətdir.