MBH üzvü Vəli Allahverdiyev azadlığa çıxıb

Müsəlman Birliyi Hərəkatının üzvü Vəli Allahverdiyev azadlığa buraxılıb. O, cəza çəkdiyi Umbakı ciddi qapalı rejimli müəsisədən bu gün azad edilib. İnanclı həbs müddətini yekunlaşdıraraq buraxılıb.

Bu noyabr ayında buraxılan üçüncü hərəkat üzvüdür. Bir neçə gün öncə inanclılar Vahid Əhmədov və Vüqar Aliyev həbs dövrlərini başa vuraraq azadlığa çıxmışdılar.