Gürcüstanın İmam-cüməsi Hacı Rasim Məmmədov bu həftəki cümə xütbəsində Azərbaycanda məktəblərdə hicabla bağlı tətbiq edilən qadağanı tənqid edib.
O, hicabı dini inancın ayrılmaz hissəsi adlandırıb və Nur surəsinin 31-ci ayəsinə istinad edərək bunun yalnız adət deyil, Allahın əmri olduğunu bildirib.
Onun sözlərinə görə, hicab təhsilə maneə deyil; buna dünyada elmi yarışlarda uğur qazanmış hicablı qadınları misal gətirib. İmam “vahid geyim” adı altında tətbiq olunan qadağanı islamofobiya və insan haqlarının ciddi pozulması kimi qiymətləndirib, qərarın tezliklə ləğv olunacağını gözlədiklərini deyib.
O, hicablı şagirdlərin, müəllimələrin, xüsusilə şəhid və qazi qızlarının və xanımlarının yanında olduqlarını vurğulayıb. Sonda Fussilət surəsinin 30-cu ayəsinə istinadla imanında möhkəm dayananların qorxmamalı və qəmgin olmamalı olduğu mesajını verib.
“Vahid geyim” adı altında tətbiq olunan qadağa islamofobiyadır və insan haqlarını ciddi pozur

Oxşar xəbərlər