MBH üzvü azadlıqda: Bu sentyabr ayında azadlığa qovuşan 4-cü hərəkat üzvüdür

Müsəlman Birliyi Hərəkatının üzvü Cavid Allahverdiyev azadlığa buraxılıb. İnanclı bu səhər cəza çəkdiyi 17 saylı müəssisədən həbs müddətini başa vuraraq azadlığa çıxıb.

Allahverdiyev Cavid Məhərrəm oğlu 2023-cü il martın 17-də saxlanılmışdı. Yenicə ailə həyatı qurmuş inanclı saxta narkotiklərlə bağlı ittiham olunmuşdu. Sifarişli həbslər məhkəməni də bu ittihamda C. Allahverdiyevi müqəssir bilərək, 2023-cü ilin 18 oktyabrında 4 il müddətinə azadlıqdan məhrum etmişdi.

Ali Məhkəmə işin müəyyən həcmini azaltsa da, inanclı cəzanın əsas hissəsini 17 saylı müəssisədə çəkməli olmuşdu. Azadlığa çıxan inanclı sentyabr ayı ərzində həbs dövrünü bitirərək azad olunan 4-cü hərəkat üzvüdür.