Yəmən Qüvvələri Səudiyyə Ərəbistanına hava hücumu təşkil edib

Yəmən Ordusu və Silahlı Qüvvələri cümə axşamı səhər tezdən ölkənin cənub-qərbindəki Səudiyyə Ərəbistanı qüvvələrinə məxsus bazaları hədəfə alıb.

Yerli mənbələr cümə axşamı səhər tezdən Yəmənin cənub-qərbində çoxsaylı partlayış səslərinin eşidildiyini bildirib.

Yəmən Ordusu və Silahlı Qüvvələrinin Taiz əyalətindəki əl-Muha (Moxa) limanındakı Səudiyyə Ərəbistanı düşərgələrinə hücum etdiyi bildirilir.

Məlumatlar göstərir ki, əl-Hudayda əyalətinin əl-Huha bölgəsindəki Səudiyyə Ərəbistanına məxsus bazalar da hava hücumlarına məruz qalıb.

Bu məlumatlara görə, Yəmən qüvvələri bu hücumları ən azı 8 ballistik raketdən istifadə edərək həyata keçirib.