İran Hörmüz boğazında qara siyahıya saldığı gəmilərin sayını 56-ya çatdırıb

İran Hörmüz boğazından keçməyə çalışan və qaydalara əməl etməyən daha 11 gəmini qara siyahıya salıb. Bununla da İranın qara siyahısına daxil edilən gəmilərin sayı 56-ya çatıb.

Bu barədə İranın Hörmüz boğazından keçidlərə nəzarət etmək üçün yaratdığı Fars Körfəzi Boğaz İdarəsi (PGSA) məlumat yayıb.

Məlumata görə, qaydaları pozan gəmilər gələcək keçidlər zamanı cərimə, saxlanılma və ya müsadirə ilə üzləşə bilər.

Bildirilib ki, qara siyahıda olan gəmilərlə əməkdaşlıq edən digər gəmilər də siyahıya daxil ediləcək.

Son yeniləmədən sonra siyahıda Birləşmiş Ərəb Əmirliklərində yerləşən “ADNOC Logistics”, onun törəmə şirkəti “Navig8” və Səudiyyə Ərəbistanının Bahri şirkətinə məxsus LNG, LPG və xam neft tankerləri də yer alıb. Siyahıda Çinlə əlaqəli iki gəminin olması da diqqət çəkib.