“Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyenin Bakıya səfərindən sonra həbsxanalarda siyasi məhbuslara qarşı basqılar artıb”.
Bu barədə Qəzetçi-yə siyasi məhbus Bəxtiyar Hacıyev yaxınları vasitəsilə məlumat verib. 6 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan fəal Avropa Komissiyasının rəhbərinin iyulun 1-də Bakıya səfərindən əvvəl ona müraciət edərək İlham Əliyevlə görüşdə siyasi məhbus məsələsini qaldırmasını xahiş edib.
“Ursula fon der Leyenin səfərindən sonra həbsxana rəhbərliyi mənə və Avropa Birliyi prezidentinə müraciət edən digər siyasi məhbuslara bir sıra qadağalar tətbiq edib, münasibət isə sərtləşib. Sosial şəbəkələrdə və mediada gedən məlumatları çap edib mənə gətirirdilər, indi buna qadağa qoyulub, kitablar verilmir, bir sıra əşyalarım itir, lakin rəhbərliyə etdiyim müraciətlərə baxılmır. Rəis müavinləri fiziki zorakılıq edir”, – deyə Bəxtiyar Hacıyev bildirib.
Avropa Komissiyasının rəhbərinə müraciət edən digər məhbus Yaşar Ağazadə karsa salınıb və 14 gündür aclıq aksiyası keçirir.
Bəxtiyar Hacıyevin sözlərinə görə, digər həbsxanalarda da Ursula fon der Leyenin səfərindən sonra siyasi məhbuslara qarşı davranış sərtləşdirilib.
“Ursula fon der Leyenin Bakıya səfərindən sonra həbsxanalarda siyasi məhbuslara qarşı basqılar artıb”