6 saylı Cəzaçəkmə müəssisəsində saxlanılansiyasi məhbus, Müsəlman Birliyi Hərakatının üzvü,
Mayıl Kərimov şəxsi bloknotunda dindar siyasi məhbusların adını yazdığına görə "cəza kamerasına" salınıb.
Bu barədə onun həyat yoldaşı Xuraman Kərimova məlumat verib:
"Mayılın zəng günü olsa da zəng etmədi. Tanış məhbus ailələrindən xəbər tutdum ki, Mayılı 3 gündür "cəza kamerası"na salıblar. Səbəb isə Mayıl bloknotuna dindar siyasi məhbusların adını yazıb, cibinə qoyub.
Kimsə bu barədə rəisə məlumat verib. Mayılın üzərində axtarış aparıb cibindən siyahı çıxdığına görə onu "kars"a salıblar. Siyasi məhbusların siyahısını yazmaq həbsxannın daxili nizamnaməsinə və Penitensiar Xidmətin qanunlarına zidd olmadığı halda 6 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyinin bu özbaşınalığı anlaşılan deyil."
Qeyd edək ki, Maştağa sakini Mayıl Kərimov Azərbaycanda şiə dindarların kütləvi şəkildə narkotik ittihamı ilə şərlənib həbs edilməsi layihəsi çərçivəsində həbs edilib. O, beynəlxalq hüquq təşkilatlarının hesabatında yer alan siyasi məhbuslardandır.
Arzu Abdulla
Mayıl Kərimov siyasi məhbusların siyahısını yazdığına görə "kars"a salınıb