İordaniyada məktəblilər yay tətilindən maksimum faydalanaraq Qurani-Kərimi əzbərləyə və İslam dəyərlərini öyrənə bilərlər.
Ölkədə oğlanlar, həm də qızlar üçün ödənişsiz yay Quran tədris mərkəzlərini fəaliyyətə başlayıb.
“Müqəddəs Quran yalnız əzbərləmək və oxumaqla məhdudlaşmır, o, həm də yer üzünü abadlaşdıran və onu qoruyan saleh insanların yetişdirilməsinə çağırır”, – deyə proqram çərçivəsində qeyd edilib.
Bu il ölkə üzrə təxminən 3 min yay mərkəzinin açılması planlaşdırılır və 200 mindən çox oğlan və qız şagirdin bu mərkəzlərin xidmətlərindən yararlanacağı gözlənilir.
Bu mərkəzlərdə iştirak tamamilə ödənişsizdir. Tədris məscidlərdə ixtisaslı kişi və qadın müəllimlərdən ibarət seçilmiş heyətin nəzarəti altında aparılacaq.
Proqram çərçivəsində mədəni və dini müsabiqələr, idman tədbirləri, həmçinin məscidlərin və yay mərkəzlərinin təmizlənməsi üzrə könüllü kampaniyalar da təşkil olunacaq.
Oğlanlar üçün dərslər bazar, çərşənbə axşamı və cümə axşamı, qızlar üçün isə şənbə, bazar ertəsi və çərşənbə günləri keçiriləcək.
Məşğələlər məscidlərin həyətlərində və Quran mərkəzlərində təşkil olunacaq.
200 min uşaq Quran öyrənəcək