Hacı Abgül Süleymanov ölkədən çıxışına qoyulan qadağa ilə bağlı paylaşım edib. İlahiyyatçı paylaşımında bildirib ki, onun ölkədən çıxışına 2022-ci ildən etibarən məhdudiyyət tətbiq edilib. Məhdudiyyəti ona Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən qoyulduğu bildirilir.
O, məhdudiyyətin aradan qaldırması üçün hüquqi cəhdlər göstərsə də, problem həll olunmadan uzanıb. İlahiyyatçı hətta problemlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə də müraciət edib. Şikayət araşdırılıb və Abgül Süleymanoova qarşı tətbiq edilən məhdudiyyətin hüquqazidd olduğu qərarı verilib. Lakin qərarın icrası ilə bağlı hər hansı tədbir görülmədən qadağa qüvvədə qalıb.
İlahiyyatçı məsələ ilə əlaqədar olaraq, dövlət başçısına və aidiyyəti dövlət orqanlarına öz etirazını bildirdiyini və hüquqlarının bərpa edilməsi tələbində olduğunu paylaşımında qeyd edib.
Xatırladaq ki, Hacı Abgül Süleymanov 2011-ci ildə həbs olunmuşdu. Onun həbsinin əsas səbəbi çıxışları, eyni halda hicaba qarşı etiraz aksiyasının təşkilatçılığı olduğu bildirilir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il müddətə azadlıqdan məhrum edilmişdi.
Hacı Abgül Süleymanov 30 sentyabr 2022-ci ildə həbs həyatını başa vuraraq azadlığa çıxıb.
Hacı Abgül Süleymanovun ölkədən çıxışına qadağa qoyulub