2026-cı ilin əvvəlindən etibarən Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektorunda azı 17 hərbi qulluqçu həyatını itirib. Bu ölümlər qeyri-döyüş itkiləri kimi qeydə alınıb.
Məlumatı “Abzas Media”ya Xəzər Hərbi Tədqiqatlar İnstitutu (XHTİ) təqdim edib.
Qurumun kütləvi informasiya vasitələri əsasında apardığı monitorinqə görə, cari ilin geridə qalan dövründə 3 hərbi qulluqçu müxtəlif xəstəliklərdən, 2 nəfər intihar nəticəsində, 5 nəfər avtomobil qəzasında, 2 nəfər bədbəxt hadisə nəticəsində, 1 nəfər isə ehtiyatsızlıq səbəbindən həyatını itirib. Daha 4 nəfərin ölüm səbəbi açıqlanmayıb.
“Həyatını itirənlərdən 12 nəfər Müdafiə Nazirliyinin, 3 nəfər Dövlət Sərhəd Xidmətinin, 1 nəfər Fövqəladə Hallar Nazirliyinin, 1 nəfər isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşı olub.
Onların 3-ü əsgər, 2-si zabit, 2-si gizir, 3-ü müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXQ), 2-si kursant olub. Qalan şəxslərin hərbi rütbəsini müəyyən etmək mümkün olmayıb”.
XHTİ-nin məlumatına görə, 2026-cı ilin bu günədək olan dövründə azı 5 hərbi qulluqçu avtomobil qəzaları nəticəsində xəsarət alıb.
İnstitut həmçinin qeyd edir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə itkilərin sayında artım müşahidə olunur. Belə ki, 2025-ci ilin mayın 5-dək olan dövründə 13, 2024-cü ilin eyni dövründə isə 11 hərbi qulluqçu həyatını itirmişdi.
Ümumilikdə, Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektoru 2024-cü ildə 51, 2025-ci ildə isə ən azı 43 hərbi qulluqçusunu itirib.
2026-cı ilin əvvəlindən etibarən qeyri-döyüş şəraitində 17 hərbi qulluqçu həyatını itirib