Bu gün Bütün Gürcüstan Müsəlmanları İdarəsi və Gürcüstan Gənclərinə Dəstək Assosiasiyasının birgə təşkilatçılığı ilə Batumi şəhərində “İnsanlar üçün ən gözəl nümunə - Məhəmməd Peyğəmbər (s)” mövzusunda konfrans keçirilib.
Konfransı Gürcüstan Gənclərinə Dəstək Assosiasiyasının prezidenti Zviad Koçalidze açaraq tədbirə moderatorluq edib. O, iştirakçılara dəvət olunmuş qonaqları və məruzəçiləri təqdim edib. Tədbirdə müftilər - Adam Şantadze və Etibar Eminov, Şeyx Hacı Faiq Nəbiyev, Din Məsələləri üzrə Dövlət Agentliyinin Acarıstan regional nümayəndəsi Abesalom Aslanidze, “HUDAYİ FOUNDATION” təşkilatının sədr müavini Abdurrahman Topbaşı, həmin fondun Təhsil və Mədəniyyət departamentinin rəhbəri Alican Tatlı, Türkiyənin Gürcüstandakı səfirliyinin dini müşaviri Mahmut Göl, Gürcüstan Müsəlmanları İdarəsinin fətva və təhsil şöbəsinin rəhbəri, müfti müavini Rezo Mikeladze, həmçinin Gürcüstan Gənclərinə Dəstək Assosiasiyasının təhsil şöbəsinin rəhbəri Zurab Mikeladze çıxış ediblər.
Məruzəçilər öz çıxışlarında Məhəmməd Peyğəmbərin (s) həyat nümunəsindən, onun əxlaqi dəyərlərindən və müasir cəmiyyətin mənəvi-əxlaqi formalaşmasında oynadığı mühüm roldan bəhs ediblər. Xüsusilə onun ədaləti, səbirli olması, mərhəməti və insanlar arasında bərabərlik ideyası vurğulanıb; bu keyfiyyətlərin bu gün də aktual və zəruri bir yol göstəricisi olduğu diqqətə çatdırılıb.
Konfransın sonunda Bütün Gürcüstan Müsəlmanları İdarəsinin dini rəhbərləri dəvət olunmuş qonaqlara simvolik hədiyyələr təqdim ediblər. İsti və dostluq mühitində başa çatan tədbirin yekununda iştirakçılar xatirə şəkilləri çəkdiriblər.
Təşkilatçılar konfransın məruzəçilərinə və iştirakçılarına dərin təşəkkürlərini bildirib, hər bir möminə Peyğəmbərin yolu ilə getməyi arzu ediblər.
“İnsanlar üçün ən gözəl nümunə - Məhəmməd Peyğəmbər (s)” mövzusunda konfrans keçirilib