Livanda Hizbullahla toqquşmada 10 İsrail əsgəri yaralanıb, 3-ü ağır vəziyyətdədir

Ötən gecə Livanın Bint Cbeyl bölgəsində Hizbullahla toqquşmada İsrail ordusunun 10 hərbçisi xəsarət alıb.

Bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

Yaralılardan üçünün vəziyyəti ağır qiymətləndirilir.