Bu gün Gürcüstanın Marneuli İmam Əli (ə) məscidində növbəti cümə namazı qılınıb. İmamcümə Hacı Hacıyevin rəhbərliyi altında baş tutan tədbir bu günlər şəhadətinin 40-cı günləri yaşanan Ayətullah Seyyid Əli Xameneyinin anımı ilə başlayıb. O, İslamın böyük şəxsiyyətinin həyat, mübarizə və şəhadət dolu ömrünün bəzi məqamlarına işarə edib.
Birinci çıxışında xatib rəhbərin şücaəti, İslam ümmətinin keşiyində dayanması, düşmənə baş əymədən əzəmət nümayişi və o, həzrətin şəhadəti ilə düşmənə zərbə endirməklə qalib olması şəhadətin varlığında ölümsüzlük və qüdrət təcəssümünü bir nümunə olaraq tərənnüm edib.
İkinci xütbə isə dövrün imamı Hz Məhdinin (ə.f) zühuru haqqında oxunub. Həmçinin İmamın (ə.f) zühruna hazır olmaq, zühr üçün şərait yaratmaq, özünü hər yerdə fərdi və ictimaiyyətdə İmamın (ə.f) həqiqi davamçısı kimi aparmaq və zührun tezləşməsi üçün şərait yaratmaq xütbənin əsasını təşkil edib.
Hacı Hacıyev söhbətinin sonunda dualar edib.
Cümə namazından sonda məsciddə olan digər ruhanilər Ali Dini Liderin şəhadəti münasibəti ilə dualar oxuyub və başsağlıqlarını bildirdilər. Mərasim ehsan süfrəsi ilə yekunlaşıb.
Gürcüstanda, İmam Əli (ə) məscidində silsiləvi cümə namazı qılınıb