Yaxın Şərqdə davam edən genişmiqyaslı müharibə fonunda Avropanın mülki obyektlərinə-sinaqoqlara, yəhudi məktəblərinə və ABŞ-a məxsus banklara qarşı silsilə hücumlar başlayıb.
"Financial Times" (FT) nəşri bu hücumların arxasında cəmi bir ay əvvəl peyda olan "Əshab əl-Yəmin" (Sağ tərəfin adamları) adlı gizli qruplaşmanın dayandığını yazıb.
Martın 9-dan etibarən Belçika, Niderland, Fransa və Böyük Britaniyada qeydə alınan 7-dən çox terror aktı birbaşa bu qrupun fəaliyyəti ilə əlaqələndirilir. Kəşfiyyat məlumatlarına görə, bu hücumlar üçün yerli cinayətkar şəbəkələrdən və sosial media vasitəsilə cəlb edilən yeniyetmələrdən faydalanır.
Analitiklər vurğulayırlar ki, qrupun təbliğat materiallarında klassik islamçı ritorikadan daha çox Avropa cəmiyyətində daxili gərginliyi qızışdırmaq üçün düşünülmüş mürəkkəb manipulyasiyalardan istifadə olunur. Hazırda Niderland və Belçika kəşfiyyatı bu məsələdə ehtimal verdiyi "İran izini" araşdırır, Mossad isə bu qrupun SEPAH tərəfindən yaradılmış "fiktiv marka" olduğunu iddia edir.
Lakin bütün iddialara və fərziyyələrə baxmayaraq bu günə qədər heç bir tutarlı sübut olmadığı üçün sistemin istənilən ölkəyə aid qruplaşma tərəfindən idarə olunmasını söyləmək olar. Zamanla belə terror aktları Əl Qaidə, Nusra və sair təşkilatların həyata keçirdiyi praktikada yaşanıb. Lakin bu eyni halda bu gün İranın nüfuzuna zərbə zurmaq üçün Qərbin öz daxilindən də atılan addım olma ehtimalları az deyil və son İranla yaşanan müharibədə oxşar ssenarilər qeydə alınıb.
Avropada "kölgə ordusu" xaosu – Qitə qorxu içindədir