İranın Yaxın Şərqdəki ABŞ hərbi obyektlərinə endirdiyi sarsıdıcı zərbələr nəticəsində Amerika ordusu regiondakı 13 bazasını tərk etmək və əməliyyatları otellərdən, mülki ofislərdən "uzaqdan" (remote) idarə etmək məcburiyyətində qalıb.
"The New York Times" nəşri hərbçilərə və rəsmi mənbələrə istinadən ABŞ-ın onilliklər ərzində qurduğu hərbi infrastrukturun İranın raket gücü qarşısında ciddi şəkildə zədələndiyini və bir çox bazanın yaşayış üçün tamamilə yararsız hala düşdüyünü yazıb. Məlumata görə, müdafiə sistemlərinin kütləvi hücumlar qarşısında aciz qalması nəticəsində minlərlə amerikalı hərbçi mülki binalara, bəziləri isə hətta Avropadakı bazalara təxliyə edilib.
"NYT" dağıntıların miqyası ilə bağlı şok detalları təqdim edib:
Küveytdə ağır itki: Şuaiba limanına endirilən zərbə nəticəsində ordunun taktiki əməliyyat mərkəzi darmadağın edilib, 6 ABŞ hərbçisi həlak olub. Əli Əl-Salem və Buring düşərgələrində isə təyyarələr və yanacaq anbarları ciddi ziyan görüb.
Qatarda radar böhranı: ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) regional qərargahı olan Əl-Udeid bazasında İranın raketləri strateji erkən xəbərdarlıq sistemini sıradan çıxarıb.
Bəhreyn və Səudiyyə Ərəbistanı: ABŞ-ın 5-ci Donanmasının Bəhreyndəki qərargahında rabitə avadanlıqları PUA ilə vurulub. Səudiyyə Ərəbistanındakı "Prince Sultan" bazasında isə bir neçə yanacaqdolduran təyyarə məhv edilib.
Hərbi ekspertlər bildirirlər ki, hərbçilərin otellərə köçürülməsi "əməliyyat imkanlarının itirilməsi" deməkdir, çünki bütün həssas hərbi avadanlıqları mülki binaların damına yerləşdirmək mümkün deyil. SEPAH isə mülki əhalini teleqram kanalları vasitəsilə amerikalıların gizləndiyi otellər barədə məlumat verməyə çağıraraq təzyiqi artırır. Ağ Ev rəsmiləri etiraf edirlər ki, illərdir strateji dərinlik kimi görünən bu bazalar indi İran raketləri üçün asan hədəfə çevrilib.
Pentaqonun "oteldən müharibə" dövrü – İranın raketləri ABŞ bazalarını yararsız hala salıb