Azərbaycan xalqı tarix boyu öz milli və mənəvi dəyərlərini qoruyaraq bu günə gəlib çatmışdır. Bu dəyərlərin ən önəmlilərindən biri isə İslam mədəniyyəti və onun ayrılmaz bir parçası olan hicabdır. Hicab sadəcə bir geyim deyil o, inancın, kimliyin və mənəviyyatın simvoludur.
Tarixə nəzər saldıqda görürük ki, bu xalqın ən böyük maarifçiləri belə dini dəyərlərlə ziddiyyət təşkil etməyib, əksinə onu qoruyaraq inkişaf etdirmişlər. Hacı Zeynalabdin Tağıyev qızların təhsil alması üçün ilk məktəblərdən birini açarkən bu addımı milli və dini dəyərlərlə uyğun şəkildə atmışdı. Hətta həmin məktəbin dərs lövhəsində İmam Əli (ə) adının yazılması bunun açıq göstəricisi idi ki, elm ilə iman bir-birinə zidd deyil, əksinə bir-birini tamamlayır.
Eyni yanaşmanı Məmməd Əmin Rəsulzadə də öz fəaliyyətində nümayiş etdirmişdir. Azərbaycan bayrağının üç rəngindən biri olan yaşıl rəng məhz İslamı və xalqın dini kimliyini təmsil edir. Bu, təsadüfi seçim deyil, xalqın ruhunun dövlət simvolunda əks olunmasıdır.
İllərlə Vətənimizin ən dar günündə düşmən qarşısına çıxan Şəhidlik zirvəsinə ucalan bu xalqın minlərlə qəhrəmanları da bu dəyərlərlə böyüyüb. Mübariz İbrahimov, Xudayar Yusifzadə, Marif Səfərov, Elməddin Vəlişov, Şükür İlyasov və minlərlə şəhidlərimizin anaları hicablı qadınlar olmuşdur. Onlar bu vətənə imanla, əxlaqla və mənəviyyatla bağlı övladlar yetişdirmişlər.
Bütün bu tarixi və mənəvi reallıqlara baxmayaraq, bu gün hicablı məktəbli qızların təhsil almaq hüququnun məhdudlaşdırılması cəmiyyətdə ciddi narahatlıq doğurur. Bu, sadəcə bir geyim məsələsi deyil bu, insanın inanc azadlığına, kimliyinə və hüquqlarına müdaxilə kimi qiymətləndirilir.
Əsrlər boyu qorunan bir dəyərin bu gün qadağan edilməsi nə tariximizə, nə də milli kimliyimizə uyğun gəlir. Bu xalqın kimliyini, dinini və dəyərlərini məqam və pula qurban verənlər, əslində, bu xalqın gələcəyinə zərbə vururlar.
Vətən-Vətən deyən ama xalqın inancına dil uzadan media ünsürlərinin, özünü ziyalı kimi göstərib əslində təlxək olan məxluqların, boğazına qırmızı qalstuk taxıb məmur adını alan haramxor rüşvətçilərin hamısı əqidəsini və ləyaqətini məqama və pula satan xalq düşmənləridir.
Unutmaq olmaz ki, milli kimlik yalnız sözlə deyil, əməl ilə qorunur. Hicab da bu kimliyin bir parçasıdır onu qorumaq isə bu xalqın özünə hörmətinin göstəricisidir.
MBH Avropa nümayəndəliyi
Əsrlər boyu xalqın qoruyub saxladığı hicabı bu gün qadağan etmək dövlət adından xalqa xəyanətdir