Nigeriyada Təravih namazı zamanı məscidə hücumu gerçəkləşdi: 5 nəfər həyatını itirdi

Nigeriyanın Kəbbi əyalətinin Dadin Kova şəhərində təravih namazı zamanı bir məscid silahlı hücuma məruz qalıb. Hücumda beş müsəlman həlak olub, bir neçə nəfər yaralanıb.

Kəbbi əyalətinin qubernatoru Nasir İdris hadisə yerinə baxış keçirib və hücumu "barbar hərəkət" adlandırıb. Ramazan ayında ibadət zamanı mülki şəxslərin hədəfə alınmasının qəbuledilməz olduğunu bildirən İdris, məsul şəxslərin tutulması üçün təhlükəsizlik əməliyyatlarının artırılacağını bildirib.

Amnesty International Nigeriyada ibadət yerlərinin hədəfə alınmasının yeni olmadığını bildirib və federal hökuməti mülki şəxsləri qorumadığına görə tənqid edib.

Bu arada, ölkənin şimal-şərqindəki Adamava əyalətində iki ayrı hücumda ən azı 25 nəfər ölüb.

Birləşmiş Millətlər Təşkilatının məlumatlarına görə, ölkədə illərdir davam edən zorakılıq on minlərlə insanın ölümünə və milyonlarla insanın qaçqın düşməsinə səbəb olub.