Livanda dünya rekorduna bərabər iftar süfrəsi açıldı

Livanda Ginnesin Rekordla Kitabına düşə biləcək miqyasda iftar tədbiri keçirilib.

Beyrut şəhərində qapalı məkanda keçirilən iftar məclisində təxminən 5,8 min insan iştirak edib.

Ölkənin hər bir bölgəsindən və hər təbəqəsindən həmin iftar süfrəsinə qonaqlar dəvət edilib.

Qonaqlar arasında çox sayda yetim qalmış və aztəminatlı ailələrdən olan uşaqlar da olub.

Tədbirin təşkilində 700-ə yaxın könüllü iştirak edib.

Masaların ümumi uzunluğu 3255,8 metr olub ki, bu da dünya rekorduna bərabərdir.