Umbakı qapalı tipli cəzaçəkmə müəssisəsində 16 gün aclıq aksiyası keçirən Tərlan Sayadov, Vəli Abdullayev və Vüqar Əliyev fevralın 18-də aksiyanı dayandırıblar. Həbsxanadan ünvanladıqları məktubda onlar etirazlarının səbəblərini açıqlayıblar.
“Haqsızlıqla barışmayan insanlar istər azadlıqda, istərsə də zindanda olsunlar, daim təzyiqlərə məruz qalırlar. Bu da təbiidir: zülmkar zülmündən əl çəkmədiyi kimi, haqqsevər insanlar da haqqın müdafiəsindən əl çəkmirlər. Belə olduqda zülm xisləti işə düşür və özünü işgəncə və təzyiq şəklində göstərir.
Bizim zindanlarda atdığımız bəzi addımlar nə könül xoşluğundandır, nə də səbəbsizdir. Bizi şərləyərək zindanlara salan zalım hakimiyyət burada da öz zülmünü davam etdirir və haqqı müdafiə etdiyimizə görə bizi karsa salır.
Şükürlər olsun, hər dəfə olduğu kimi yenə də bu halımızdan razıyıq. Narahat deyilik, çünki bizə bu gücü və qüvvəti verən Allahdır. Amma siz deyin: bu zülmün qarşısında nə etməliyik? Yaşanan özbaşınalıqları görməzdənmi gəlməliyik?
İnsan olaraq haqqımızın tapdanmasına, həmçinin dinimizin haqsızlığa qarşı susmamaq çağırışına münasibətimiz məlumdur və bu da davranışlarımızda öz əksini tapır. Axı necə görməzdən gəlmək olar ki, bizimlə üzbəüz kameraya gətirilən məhbus qardaşımızı çarpayıya qandallayıb dəhşətli şəkildə işgəncə verildiyini, ona fiziki zor tətbiq olunduğunu eşidəsən və buna laqeyd qalasan? Halbuki onun din xadimi, Allah dininin təbliğçisi olduğunu bilirik və günahsız yerə şərləndiyindən xəbərdarıq.
Bu kimi eybəcərliklərə etiraz etməyimizin nəticəsi 16 gün boyunca soyuq kamera divarları arasında karsa məhkum olunmaq oldu. Bu, bugünkü həbsxana reallığının yalnız görünən tərəfidir. Baş verənlərə etiraz isə məşhur “cəza maşını” ilə üz-üzə qalmaq məcburiyyəti yaradır. Lakin biz mövqeyimizdə və fikirlərimizdə qətiyik, prinsiplərimizdən dönməyəcəyik.
Qurani-Kərimin Tövbə surəsinin 12-ci ayəsində buyurulur:
“Əgər əhd bağladıqdan sonra əhdlərini pozsalar və dininizə tənə vurub irad tutsalar, onda bəlkə əl çəkərlər deyə, küfr başçıları ilə vuruşun. Çünki onların heç bir əhdi yoxdur.”
Tərlan Səyadov
“Günahsız qardaşımızı çarpayıya qandallayıb ona işgəncə verilməsinə necə susmaq olar?”