Fevralın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan hüquq müdafiəçisi Rüfət Səfərovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Hakimlər ötən prosesdə R.Səfərovla dövlət ittihamçısı arasında baş verən mübahisəni əsas götürərək birincinin şüşə kabinədə saxlanılmasına qərar verib. Hüquq müdafiəçisi buna etiraz etməyib.
"Mənim üçün harada saxlanıldığımın fərqi yoxdur. Prokuror və hakimlər də daxil, hər kəs mənim siyasi sifarişlə həbs olunduğumu yaxşı bilir: Elə danışırsınız, sanki axırda ədalətli hökm verəcəksiniz, mən də buradan çıxıb evimə gedəcəyəm. Heç olmasa, həqiqəti üzə çıxarmağa imkan verin, sizdən başqa gözləntim yoxdur. Məhkəmə başlanandan bircə dənə tutarlı dəlil ortaya qoyulmayıb. İki ildir dostlarımdan, ailəmdən təcrid olunmuşam. Mənim də psixoloji durumumu başa düşün", - o deyib.
Daha sonra məhkəmədə cinayət işində qeyd olunan insidentin baş verdiyi iddia olunan qarajın gözətçisi Eldar Hacıyev şahid qismində dindirilib. O, ifadə verməyə başlamadan öncə R.Səfərov ona səslənərək deyib: "Eldar dayı, bilirəm, sizi iki gün aparıb saxlayıblar, incidiblər. Necə istəyirsiniz, elə də danışın, təki sizi incitməsinlər, məni düşünməyin".
İttiham aktında yazılıb ki, R.Səfərov Natiq İmanquliyev adlı şəxsdən torpaq satmaq adıyla 60 min manat pul alsa da, nə torpaq satıb, nə də pulunu geri qaytarıb. İddia olunur ki, buna görə 2024-cü il dekabrın 3-də N.İmanquliyev R.Səfərovun yaşadığı binanın qarajına gəlib və mübahisə zəminində hüquq müdafiəçisi ona xəsarət yetirib.
E.Hacıyev isə ifadəsində bildirib ki, qarajda R.Səfərovla N.İmanquliyevin davasının şahidi olmayıb. Onun sözlərinə görə, o, səs-küy eşidib hadisə yerinə gələndə artıq polislər R.Səfərovu saxlamışdılar.
Gözətçi əlavə edib ki, ardınca dörd nəfər maskalı şəxs onun özünü də maşına mindirərək polis idarəsinə aparıb və orada iki gün saxlayıblar.
Martın 2-də keçiriləcək növbəti məhkəmə iclasında E.Hacıyevin dindirilməsi davam edəcək.
2024-cü il dekabrın 3-də saxlanılan Rüfət Səfərova qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.1 (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.O, ittihamları rədd edir, həbsinin siyasi sifariş olduğunu bildirir.
Əvvəllər Zərdab Rayon Prokurorluğunda müstəntiq işləmiş R.Səfərov 2015-ci ildə işdən çıxaraq, hökuməti tənqid etmişdi. Bundan sonra o, doqquz il müddətinə həbs edilsə də, 2019-cu ildə əfv edilərək azadlığa çıxmışdı. O, "Müdafiə Xətti" insan hüquqları təşkilatının rəhbəri kimi fəaliyyət göstərirdi.
Rüfət Səfərov hakimə: "Elə danışırsınız, sanki sonda ədalətli hökm verəcəksiniz"